Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə - Foto

Rəsmi

11 İyul 2020 08:01 1175


Mingəçevirdə yas məclisləri ilə bağlı yeni bir ənənənin əsası qoyulub.

Pandemiya ilə əlaqədar olaraq yas məclislərinin keçirilməsi tövsiyə olunmadığından Zamanovlar ailəsi yeni bir ənənənin əsasını qoyublar. Koronavirusla əlaqədra olaraq insanların bir araya toplaşması yoluxma riskini artırdığından ürək çatışmazlığından vəfat etmiş həkim Aybəniz Zamanovanın həyat yoldaşı və övladları onun yas məclisini daha xeyirxah bir qaydada qeyd ediblər.

Belə ki, Zamanovlar ailəsi Mingəçevir şəhərində sərtləşmiş karantin qaydasına görə müvəqqəti olaraq işini itirmiş 100-ə yaxın aztəminatlı ailəyə, şəhid və Qarabağ mühribəsi veteranlarının ailələrinə ərzaq yardımı paylayıblar. Toyuqlu pizza

Ailə, pandemiya ərzində hüzürü düşən hər kəsi qapalı məkanda yas məclisləri təşkil edib insanları riskə atmaqdansa, imkansız ailələrə dəstək olmaqla daha böyük savab qazanmağa çağırıb.

Zamanovlar ailəsinin bu təşəbbüsü şəhərin dini icması və əhalisi tərəfindən də təqdir edilib./Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!