Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşdi

Minifutbol 2025

29 May 2025 00:57 8626


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.

Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Tailand isə Bosniya və Herseqovina ilə matçda hesabı açmasına baxmayaraq, sonradan 3 qol buraxaraq mübarizəni dayandırmalı olub. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olub. pizza sifarişi

Dünya çempionatı

1/4 final

Macarıstan - Mavritaniya;

Monteneqro - Çexiya;

İngiltərə - Azərbaycan;

Bosniya və Herseqovina - Serbiya.

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları sabah baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!