Minifutbol üzrə dünya çempionatının iştirakçıları turnirlə bağlı fikirlərini bölüşdülər - Video

saytların hazırlanması

Evə çatdırılma

Minifutbol üzrə dünya çempionatının iştirakçıları turnirlə bağlı fikirlərini bölüşdülər - Video

Minifutbol 2025

30 May 2025 18:04 8489


21 may tarixindən Azərbaycanın paytaxtı Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ərəfəsində turnirdə iştirak edən komandaların üzvləri mötəbər yarışla bağlı fikirlərini bölüşüblər.

Təşəbbüsü yüksək dəyərləndirən əcnəbi idmançılar və milli komandaların heyət üzvləri təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıblar.

"Yüksəksəviyyəli təhlükəsizlik - bu, çox vacibdir. Bakıda isə təhlükəsizlik ən yaxşı səviyyədədir. Buraya ilk dəfədir gəlirəm. Kimsə Bakı haqqında soruşsa, mən yalnız müsbət fikirlərimi bölüşəcəyəm", − bosniyalı futbolçu Haris Medunyanin belə söyləyib. Dördpendirli pizza

Serbiyalı futbolçu Çedomir Tomçiç isə qeyd edib ki, Azərbaycana gəlmələri onların həyatında ən pozitiv xatirələrdən biri kimi qalacaq.

"Bakıda baş verənlər, sadəcə olaraq, möhtəşəmdir. İnsanlar çox mehribandırlar", - deyə serbiyalı futbolçu Çedomir Tomçiç əlavə edib.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!