Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisi mükafatlandırıldı

Minifutbol 2025

01 İyun 2025 22:40 8679


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbirdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda, vitse-prezidenti Peter Kralik, Azərbaycan Minifutbol Federasiyasının prezidenti (AMF) Orxan Məmmədov, vitse-prezident Taleh Nəsibov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər iştirak ediblər.

Açılışda ön sözlə çıxış edən Fərid Qayıbov mundialın ölkəmizdə yüksək səviyyədə təşkil olunmasından danışıb və qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib. pizza

Ardınca söz AMF-nin rəhbəri Orxan Məmmədova verilib. Yarış boyunca əziyyət çəkən hər kəsə öz təşəkkürünü bildirən qurum rəhbəri Bakının möhtəşəm yarışa ev sahibliyi etdiyini vurğulayıb.

Daha sonra mundialın qalibi olan Azərbaycan yığması qızıl medal və kubokla təltif edilib. İkinci yerin sahibi olan Macarıstan futbolçuları gümüş, üçüncü olan Serbiya komandası isə bürünc medallarla mükafatlandırılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!