“Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub“

saytların hazırlanması

Evə çatdırılma

“Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub“

Siyasət

22 Aprel 2022 13:55 451


Əfsuslar olsun ki, bu gün Ermənistanda hələ də yüksək vəzifəli şəxslər Minsk qrupu haqqında sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olub.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı deyib ki, 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış Minsk qrupu faktiki olaraq heç bir nəticə əldə etməyib: "İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, o, məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdı. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qruplarının təsiri çoxdur. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmayıb". pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!