Roma Papası Fransisk miqrantları müdafiə etdiyi üçün sosial şəbəkədə tənqidlərə məruz qalıb.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, Papa İtaliyanın limanları xilasetmə gəmilərinin üzünə bağlamasını tənqid edib.
O, bu səbəblə Aralıq dənizində qayıqlarda gözləmək məcburiyyətində qalan miqrantlara diqqət çəkmək üçün “Twitter”də bunları yazıb:
"Bu, yalnız miqrant problemi deyil, onlar da hər şeydən öncə insandırlar və bu günkü qloballaşan cəmiyyətdən xaric olananlardırlar".
Ancaq sosial şəbəkə istifadəçiləri Papanı sərt tənqid edərək ona bu məsələlər əvəzinə zəlzələ qurbanları ilə məşğul olmasını məsləhət görüblər.
Papaya gələn ən maraqlı şərhlər isə bunlar olub:
"...üzünü görməyə dözə bilmirəm"
"Səhv ölkə, yanlış peşə... amma ən böyük səhv səni Papa edəndədir”
" 4 ildir miqrantlardan bəhs etdiyin qədər İsadan, Məryəm Anadan, İncil və Müqəddəs Ruhdan bəhs etsə idin, heç kim inciməzdi”.
Telegram kanalımız