Mirzoyan Almatıya bu ümidlə getmişdi - Bayramov onu məyus etdi 

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan Almatıya bu ümidlə getmişdi - Bayramov onu məyus etdi 

Siyasət

12 May 2024 10:05 1026


Xarici işlər nazirlərinin Almatı görüşündə Ermənistanın gözləntiləri özünü doğrultmadı. Qazaxın 4 kəndinin qaytarılmasından sonra İrəvan Almatıda Almatı Bəyannaməsinin yenilənməsi ilə nəticələnəcək razılaşmaya ümid edirdi. Görüşün də məhz 1991-ci ildə bəyannamənin imzalandığı “Dostluq Evi”ndə keçirilməsi simvolik xarakter daşıyırdı. 

Lakin tərəflər şifahi olaraq, sülh sazişi üzrə danışıqların davam etdirilməsinə razılaşdı. Həm Bakının, həm İrəvanın rəsmi açıqlamasında fikir ayrılıqlarının olduğu vurğulanır: gözlənildiyi kimi, sərhədin delimitasiyasında və kommunikasiyanın açılmasında hansı prinsiplərin əsas götürülməsi açıq qalır.

Dörd kəndin qaytarılmasından sonra Ermənistanla yanaşı, başda ABŞ olmaqla, Qərb ölkələrinin Almatı Bəyannaməsi üzərində xüsusilə dayanması fonunda Bakının geri addım atmaması əhəmiyyətlidir. Almatı görüşünün əsas nəticəsini bu kontekstdə qiymətləndirmək olar.  pizza mizza

Asif Nərimanlı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!