Mirzoyan Bayramovla görüşməyə hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan Bayramovla görüşməyə hazırdır

Rəsmi

12 Aprel 2023 17:42 1091


“Ermənistan tərəfi Azərbaycanla görüşləri bərpa etməyə hazırdır”.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib.

O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun beynəlxalq təşkilatların Ermənistanı danışıqlar masasına qayıtmağa çağırması ilə bağlı bəyanatını şərh edib.  Dördpendirli pizza

Nazir Ermənistan tərəfinin Azərbaycan tərəfi ilə sonuncu görüşü təxirə saldığını və bunun Laçın dəhlizindəki vəziyyətlə bağlı olduğunu qeyd edib:

“Bu müddət ərzində danışıqlar prosesi dayanmayıb, bir neçə dəfə sülh sazişi ilə bağlı təkliflər mübadiləsi aparmışıq. İndi müxtəlif tərəfdaşlardan görüşlərin təşkili ilə bağlı təkliflər var və yaxın vaxtlarda daha çox görüşlər keçiriləcək”.

A. Mirzoyan qeyd edib ki, Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinə toxunmadan Ermənistan-Azərbaycan münasibətlərinin yekun həlli, regionda sülh və sabitliyin bərqərar olması real deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!