Mirzoyandan BMT baş katibinə absurd xahiş

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyandan BMT baş katibinə absurd xahiş

Siyasət

17 Yanvar 2023 01:56 904


“Ermənistan Dağlıq Qarabağa və Laçın dəhlizinə faktaraşdırıcı missiya göndərməyi vacib sayır”.

Yenisabah.az xəbər verir ki, bu absurd mövqeni Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin baş katibi Antonio Quterreşlə söhbətində açıqlayıb.

Telefon danışığı zamanı regionda baş verən son hadisələr müzakirə olunub. Dördpendirli pizza

Ararat Mirzoyan həmsöhbətinə Laçın yolunun guya “bağlanması” ilə bağlı Qarabağda yaranmış “humanitar böhran”ın təfərrüatlarını təqdim edərək, beynəlxalq strukturların, xüsusən də BMT-nin məqsədyönlü reaksiyasının və effektiv addımlarının vacibliyini vurğulayıb. Mirzoyan iddia edib ki, “Azərbaycan noyabrın 9-da üçtərəfli bəyanatın müddəalarını və beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozur”.

Hazırkı vəziyyətdə Ermənistan tərəfi Qarabağa və Laçın dəhlizinə faktaraşdırıcı missiyanın göndərilməsinin, eləcə də BMT-nin müvafiq qurumları üçün Qarabağa humanitar yardımların maneəsiz çıxışının təmin edilməsinin vacibliyini vurğulayan Mirzoyana BMT baş katibinin cavabına erməni mediası nədənsə yer ayırmayıb./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!