Misir Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıb - Video

Misir Mərdanov və Mirşahinə qarşı sui-qəsd hazırlanıb - Video

Kriminal Veb saytların hazırlanması

10 Dekabr 2023 16:00 2514


Azərbaycanda “Kərimə” dövləti qurmaq istəyən bir qrup şəxsin cinayət işi üzrə aşraşdırma aparılarkən onların ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsd planlaşdırdıqları da məlum olub.

Yenisabah.az xəbər verir ki, onlar arasında keçmiş təhsil naziri Misir Mərdanov və "Real TV"nin rəhbəri Mirşahin Ağayev də var.

İstintaq artıq bu şəxsləri zərəçəkmiş kimi tanıyıb.

Təqsirləndirilən Yusif Mirzəyev, Elvin Cəfərov, Elgün Ağayev, Məhərrəməli Musayev, Hüseyn Hüseynzadə, Savalan Hüseynli, Etibar Məmmədzadə, Mir Vasid Əliyev, İlham Şıxaliyev, Faiq Zeynalov, İlkin Bağırov, Vüqar Mədətov və Ruslan Əliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası dekabrın 13-də keçiriləcək.

İclas Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Onlara Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277, 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.

İddia olunur ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.

/Bakupost.az
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!