İyunun 3-də and içərək yeni vəzifəsinin icrasına başlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan komandasını cəmiyyətə təqdim etməklə ictimai diqqəti yenidən öz üzərinə çəkdi.
Türkiyəni növbəti 5 ildə idarə edəcək məmurların siyahısında sürpriz isimlərin olması müzakirələrə yol açdı.
Belə ki, dövlət başçısının ötən həftəyə kimi mətbuat katibi postunu tutan İbrahim Kalını MİT (Milli İstihbarat Təşkilatı) rəhbəri təyin etməsi səs-küysüz ötüşməyib. Dördpendirli pizza
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) yeni başqanı İbrahim Kalın həm də musiqiçi və filosofdur. O, bir sıra irfani türkülərin müəllifi, saz və söz adamı olaraq da tanınır. Onun bəstələdiyi əsərlər arasında "Seni mene vermez ise" və "Elif Bacı" da var.
İ.Kalın hətta iyulun 6-da "İrfani türkülər" müəlliflərindən ibarət qrupla konsert verməyi planlaşdırsa da, MİT rəhbəri təyin olunduqdan sonra həmin konsert ləğv olunub.
"Yeni Sabah" İ.Kalının ifasında qlsa müddət ərzində populyarlaşan "Hiç oldum" türküsünü təqdim edir:
Telegram kanalımız