MN məlumat yaydı: 30 yaşadək bu şəxslər dekabrın 20-dək...

saytların hazırlanması

Evə çatdırılma

MN məlumat yaydı: 30 yaşadək bu şəxslər dekabrın 20-dək...

Rəsmi

29 Noyabr 2024 18:33 29796


Azərbaycan Ordusunda “Motoatıcı” və “Komando” (Quru Qoşunları üzrə) ixtisasları üzrə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər cari ilin dekabr ayının 20-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. pizza hut

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə qəbul komissiyası tərəfindən Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Müraciətlər dekabrın 20-dək saat 09:00-dan 17:00-dək (bazar günləri istisna olmaqla) qəbul olunacaq.

Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Quru Qoşunlarının ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ismayil
    Salam men 3 il muddet artik herbi qulluqcu kimi xidmet etmisem ve hal hazirda ehtiyata buraxilmisam. Isterem yeniden ordu siralarina muddet artiq herbi qulluqcu kimi xidmet davam edim 156 A bendi ile ehtiyata buraxilmisam elaqe 0705154405
    1 year ago
  • Məhərrəm
    Salam mən Azərbaycan ordusunda xidmət istəyirəm mən 4 il sinaperci olmusam indi isə orxuya öyrətməy istəyirəm
    1 year ago
  • Təranə
    Mən də hərbi xidmət dövründən 2-c qrup əliləm.Ali hərbi təhsil almışam..Vəzifəyə təyin edilmədiyimdən,ehtiyyata buraxilmişam..Xahiş edirəm məni xidmətə cağirasınız.
    1 year ago
  • Xaqani
    Salam. Mən Xaqani Vidadi Oğlu Aliyev Ehtiyatda Olan Hərbi Qulluqçuyam Mən Xidmət Etmək İstəyirəm Xahis Edirəm Mənə Məlumat Verərdiniz Özümdə İkinci Qarabağ Döyüşləri Veteranıyam Mən Könüllü Ordumuzda Xidmət Etmək Vətənimizə Qulluq Etmək Vətənimizin Keşiyində Durmaq İstəyirəm
    1 year ago
  • VUSAL JAFAROV
    Salam Mən ehtiyatda olan baş leytenant Rabitə tağım komandiriyem. Xəstəliyim olduğu halda məni otusdurmediler və məndə öz arzum ilə ehtiyata buraxılmagim barədə müraciət etdim. Ancaq məni xidmətə uyğunsuzluq ilə ehtiyata buraxdılar. Səbəb olaraq bildirmək istəyirəm ki rüşvət verilən vaxtı mən vermirdim deyə məni uyğunsuzluq ilə ehtiyata buraxdılar. Xahiş edirəm ki məni ordu sıralarına öz vəzifəme geri qayıtmağıma köməklik edəsiniz. 0517816415 Vusal Ceferov
    1 year ago
  • Mirmahmud
    Salam Mən Əliyev Mirmahmud yasin oğlu könülü hərbi xidmət istəyrəm komando birliyinə qatilmaq istəyrəm zəhmət olmasa köməklik edərdiniz
    1 year ago
  • Ruslan
    Azərbaycan Respublikasın Ordu sıralarında xidmət etmək isdeyirem
    1 year ago
  • Ruslan
    Azərbaycan Respublikasın oru
    1 year ago