Mobil operatorlar cəzalandırıldı - 10 milyonluq cərimə

saytların hazırlanması

Evə çatdırılma

Mobil operatorlar cəzalandırıldı - 10 milyonluq cərimə

Rəqəmsal

21 Fevral 2020 11:42 884


Ötən ilin sentyabr ayında Türkiyənin İstanbul şəhərində baş verən 5.8 bal gücündəki zəlzələ zamanı şəbəkəsində problem yaranan mobil operatorlarla bağlı istintaq nəticələnib. "Yeni Sabah" Türkiyə mediasına istinadən bildirir ki, əhalinin təşviş içində bir-birinə zəng etməyə çalışdığı bir vaxtda rabitə xidmətində fasilələr yaranan operatorlar ( "Turkcell", "Vodafone" və "Türk Telekom") külli miqdarda cərimələnib. Onlar "Elektron Rabitə Qanunu"na əsasən lazımlı infrastrukturu qurmamaqda ittiham ediliblər. "Turkcell" 1 saat 15 dəqiqəlik fasiləyə görə 2 milyon 90 min lirə, "Vodafone" 1 saat 45 dəqiqəlik kəsinti səbəbilə 2 milyon 459 min lirə, "Türk Telekom" isə 27 saatlıq rabitə kəsintisinə görə 10 milyon lirə cərimə edilib. Sabrina Eldarqızı
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!