Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxıldı

Hadisə

31 Oktyabr 2025 12:30 249


Monteneqronun paytaxtı Podqoritsada türk vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub.

Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub. pizza hut

Xatırladaq ki, bir müddət əvvəl Monteneqronun paytaxtı Podqoristada bıçaqlı insident baş verib. İnsidentin iğtişaşlara çevrilməsi fonunda bir qrup şəxs Monteneqro hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Saxlanılanlar arasında Türkiyə vətəndaşları da olub. Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi və Monteneqrodakı diplomatik ofisi Azərbaycan vətəndaşının vəziyyətini diqqətdə saxlayıb, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Monteneqro Ombudsmanına müraciət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!