Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı yeni faktlar

saytların hazırlanması

Evə çatdırılma

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı yeni faktlar

Kriminal

29 Oktyabr 2025 08:31 2196


Monteneqroda yaşayan bir qrup azərbaycanlının günahsız yerə saxlanıldığı iddia olunur. Saxlanılan şəxslərdən biri – Anar Həsənov bildirib ki, hadisə Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin Türkiyə vətəndaşı tərəfindən bıçaqlanmasından sonra baş verib.

“Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, yerli sakinlər onların yaşadığı yataqxananı mühasirəyə alaraq daşlamağa başlayıblar və onlar dərhal polisə bu barədə məlumat veriblər. Monteneqro polisi gəldikdə isə aralarında azərbaycanlıların üstünlük təşkil etdiyi 45 nəfəri saxlayıb.

Anar Həsənov onu da iddia edir ki, saxlanılan digər şəxslər buraxılsa da, Yaqub Qurbanov adlı şəxsin ayaqqabısı şəhərdə baş verən bıçaqlanma hadisəsində iştirak edən adamın ayaqqabısına oxşadıldığından o, həbs edilib. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!