“Moskva-Bakı münasibətləri kifayət qədər yüksək səviyyədədir“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Moskva-Bakı münasibətləri kifayət qədər yüksək səviyyədədir“ - Deputat

Siyasət

26 Noyabr 2021 18:30 1004


Prezident İlham Əliyev Vladimir Putinlə bu gün Soçidə baş tutan görüşdə ölkələrimiz arasındakı münasibətlərin səviyyəsini çox yüksək qiymətləndirib. Öz növbəsində Rusiyanın dövlət başçısı da ikitərəfli əlaqəlin inkişafına verdiyi töhfəyə görə azərbaycanlı həmkarına təşəkkür edib. 

Putin xüsusilə Azərbaycanda rus dilinin inkişaf etdirilməsinə böyük diqqət yetirildiyindən məmnunluğunu dilə gətirib. Qeyd edib ki, Azərbaycanda məktəb şagirdlərinin 34 faizinin rus dilində təhsil alması, ya da müəyyən dərəcədə rus dilini öyrənməsi yüksək göstəricidir və Azərbaycan rəhbərliyi və xalqının Rusiya ilə yaxın, çoxşaxəli təmaslar saxlamaq istəməsindən xəbər verir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Yenisabah.az-a açıqlamasında ölkələrimiz aarsındakı əlaqələrin möbcud durumunu şərh edib: Pepperoni pizza

"Biz Rusiya-Azərbaycan münasibətlərini qiymətləndirərkən iki müstəqil, hər birinin öz maraqları olan dövlətlərdən söhbət getdiyini öncədən qeyd etməliyik. Dövlətlərin öz milli maraqlarını hər şeydən üstün tutması reallığı fonunda Moskva-Bakı münasibətlərini təhlil etsək, əlaqələrin kifayət qədər yüksək səviyyədə olduğunu görərik. Xüsusən, cənab ilham Əliyev və Vladimir Putinin şəxsi münasibətləri iki ölkə arasında kommunikasiyaların intensiv və səmərəli xarakter almasına səbəb olub. Elə bugünkü görüşdə də qeyd edildiyi kimi, hətta, pandemiya belə əlaqələri müəyuən şərtlər daxilində tempdən sala bilmədi. Kimin qəbul edib-etməməsindən asılı olmayaraq Rusiya ciddi gücdür. Eyni zamanda keçmiş ittifaq dövlətləri üçün Rusiya əvəzsiz bazardır. Əlbəttə, belə bir şəraitdə Rusiya ilə münasibətlərin inkişaf tempi Azərbaycan iqtisadiyyatı üçün həlledici amillərdən biridir. İqtisadi müstəqilliyinin davamlılığının və dayanıqlılığının təmin edilməsi üçün Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərə, xüsusən, iqtisadi əlaqələr mühim önəm verir və eyni niyyət və addımları biz də Rusiyadan müşahidə edirik".

Rafi MÜSLÜMOV 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!