Moskva İrəvana müttəfiq kimi yanaşır.
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunun (EEF) kuluarlarında bildirib.
“Ermənistan bizim müttəfiqimizdir. Biz Ermənistanla məhz belə davranırıq”, - deyə o, inteqrasiya strukturları vasitəsilə Ermənistanla münasibətlərin pisləşib-pislənməməsi ilə bağlı sualı cavablandırıb. Toyuqlu pizza
“Avqustun 27-də biz Avrasiya İqtisadi Komissiyasının iclasını keçirdik. Orada hər şey tamamilə normal idi”, – deyə Overçuk əlavə edib.
“Yaxın vaxtlarda bizim Avrasiya İqtisadi Komissiyasının şurası olacaq. Sentyabrın 27-si olacaq. Hazırda qrafikdə olan budur”, - deyə o, Rusiya Federasiyası ilə Ermənistan arasında hər hansı təmasların gözlənilməməsi ilə bağlı sualı cavablandırıb.
Telegram kanalımız