“Moskva” raket kreyseri vurulmayıb” – Araz Əlizadə “sirri açdı”

saytların hazırlanması

Evə çatdırılma

“Moskva” raket kreyseri vurulmayıb” – Araz Əlizadə “sirri açdı”

Siyasət

16 Aprel 2022 21:40 19847


Xəbər verildiyi kimi, Ukrayna tərəfi Rusiyanın “Moskva” raket kreyserinin vurulması haqda məlumat yayıb. 

Ukrayna mətbuatı təsdiqləyib ki, Rusiyanın “Moskva” raket kreyseri Ukraynanın “Neptun” gəmi əleyhinə raket kompleksi tərəfindən vurulub, nəticədə kreyserdə yanğın baş verib.

Həmçinin, Odessa vilayət administrasiyasının rəhbəri Maksim Marçenko da “Moskva” kreyserinin vurulduğunu açıqlayıb. pizza hut

Rusiya Müdafiə Nazirliyi isə Rusiyanın Qara dəniz donanmasına məxsus “Moskva” raket kreyserinin batdığı barədə məlumat yayıb. 

Rusiya MN-nin məlumatında bildirilib ki, Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. 

Bəs, “Moskva” kreyserinin sıradan çıxarılması Rusiya üçün nə deməkdir? Bunun müharibənin gedişinə psixoloji baxımından hansı təsirləri var?

Demokrat.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə bildirib ki, bunun Rusiya üçün elə ciddi əhəmiyyəti yoxdur. Partiya sədri əlavə edib ki, bu, Rusiya-Ukrayna müharibəsinin gedişinə psixoloji təsir etməyəcək: 

“Bu, texniki səbəblə bağlı idi. Yəni, “Moskva” raket kreyseri vurulmayıb və Rusiya üçün elə də önəmi yoxdur. Bu hadisə Rusiya-Ukrayna müharibəsinə heç bir psixoloji təsiri göstərməyəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!