“Moskva, xüsusilə də Putin üçün Paşinyan...” - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Moskva, xüsusilə də Putin üçün Paşinyan...” - Politoloq

Siyasət

28 Noyabr 2020 14:43 2780


Ermənistan prezidenti Armen Sarkisyan rusiyada səfərdədir. Noyabrın 30-dan oktyabrın 4-ə qədər olan müddətdə isə baş nazir Nikol Paşinyan Moskvada işgüzar səfərdə olacaq. Azərbaycanla 44 günlük müharibədə məğlub olan, ordusu darmadağın edilən, ölkə daxilində böyük gərginlik yaşanan Ermənistanda prezident və baş nazirin Rusiyaya səfər etməsi Yerevanla Moskva arasındakı gələcək münasibətlərə necə təsir edəcək? Bu səfər Ermənistanı düşdüyü ağır durumdan xilas edə biləcəkmi? Ümumiyyətlə bu səfərdən gözləntilər nədir?

Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, Paşinyanın Moskva səfəri işgüzar mahiyyət daşıyır:

“Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri yeni formatda baş verir. Artıq üçtərəfli bəyanat imzalanıb, Qarabağ müharibəsi dayandırılıb. Azərbaycan öz ərazilərini işğaldan təmizləyib. Burada təbii ki, görüşmələr olacaq. Amma bunun hansı səviyyədə olacağını demək üçün biraz tezdir”. Dominos pizza

Ekspert hesab edir ki, Moskva, xüsusilə də Pulin üçün artıq Paşinyan qərb yönümlü bir siyasətçidir:

“Putin onun Ermənistandakı hakimiyyətdən getməsi üçün maksimum dərəcədə əlindən gələni edir və edəcək. Paşinyan isə bu məsələdə bir növ Moskva ilə dialoq qurmaq, dil tapmaq istəyir. Xüsusilə Rusiyadakı erməni diasporunun Ermənistana dəstək verməsi, ölkəni iqtisadi cəhətdən qaldırması üçün hərəkət edir. Amma Rusiyanın Cənubi  Qafqazdakı siyasətinin ana xəttini bu ziyarətin dəyişdirəcəyini düşünmürəm. Paşinyan öz hakimiyyət dəstəyini daha çox Qərbdən alır, amma iqtidarını qorumaq üçün Rusiya ilə dil tapmağı vacibdir. Rus mətbuatından və siyasətçilərin açıqlamasından gördüyümüz odur ki, Rusiya artıq Paşinyana etimad göstərmir”.

Bundan sonra ikili münasibətlərin necə olacağına gəldikdə isə politoloq Rusiyanın zatən Ermənistanla münasibətləri çoxşaxəli istiqamətdə inkişaf etdirdiyini diqqətə çatdırıb:

“Rusiya üçün vacib olan Ermənistanda iqtidara açıq şəkildə ruspərəst siyasətçilərin gəlməsidir”.

Sayad HƏSƏNLİ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!