Moskva yaxın günlərdə vurulacaq –   ŞOK İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Moskva yaxın günlərdə vurulacaq – ŞOK İDDİA

Dünya

02 Sentyabr 2024 15:17 1454


Rusiya və Ukrayna arasında müharibə uzandıqca, Moskva daha sərt üsullara əl atır.
 

Başda “İsgəndər” raketləri olmaqla, bir çox ağır silahlardan istifadə edən ruslar böyük insan tələfatı və dağıntılar hesabına qələbəni təmin etmək istəyirlər. Ukrayna silahlı qüvvələrinin Rusiya vilayətlərinə genişmiqyaslı hücumlarını nəzərə alsaq, Moskvanın nüvə silahından istifadə etməsi istisna deyil.  Son günlər bunu iiddial edənlərin sayı xeyli artıb.
 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyanın nüvə silahından istifadəsi real görünmür:

“Əvvəlcə onu qeyd edim ki, Rusiya hansısa nüvə silahından istifadə edə bilməz. Bu kimi təhdidlər sadəcə Ukraynanı danışıqlar masasına məcbur etmək üçündür. Amma nəzərə almaq lazımdır ki, Ukrayna silahlı qüvvələri artıq Moskvaya qədər istənilən Rusiya ərazisindəki istənilən hərbi və strateji obyektlərə zərbə endirməyə qadirdir. Ona görə də qarşıdakı həftələrdə də tərəflər arasında çox ciddi və qanlı toqquşmalar baş verəcək. Düşünürəm ki, yaxın günlərdə çox böyük ehtimalla, Rusiya paytaxtı da vurulacaq. Hazırda ABŞ-da olan Ukrayna müdafiə naziri bəzi hədəflərlə bağlı öz mövqeyini Vaşinqtona təqdim edib. Yəqin ki, ABŞ da buna etiraz etməyəcək. Çünki Rusiya açıq şəkildə Kiyevi vurursa, Ukrayna da eynisini edə bilər”. 

Polkovnikin fikrincə, başda Moskva olmaqla, bir çox Rusiya şəhərləri zərbə altında qala bilər: pizza sifarişi

“İndiyə qədər Rusiya rəsmiləri ölkə ərazisinə təhdid olarsa, taktiki nüvə raketlərindən istifadə edəcəyini deyirdi. Ukrayna qoşunları artıq Rusiya ərazisində 40 kilometrə qədər irəliləyib. Moskva bu günə qədər heç nə edə bilməyib, bundan sonra da edə bilməyəcək. Onlar sadəcə öz auditoriyalarını aldatmaqla məşğuldurlar. Rusiya artıq “İsgəndər”, “Kalibr” və “Kab” kimi ağır raketlərlə nəyəsə nail olmağa çalışır. Amma bütün bunlar sadəcə boş cəhdlərdir. Qərb yaxın vaxtlarda Rusiya üçün böyük sürpriz hazırlayır. Başda Moskva olmaqla, bir çox Rusiya şəhərləri çox yaxında zərbə altında qalacaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!