Moskvanın Qızıl Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümünə həsr olunmuş paradın əsas məşqi başlayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Suvorov məktəblərinin, ali hərbi təhsil müəssisələrinin, qadın hərbçilərin, habelə digər hüquq-mühafizə orqanlarının və kazak ordusunun təntənəli dəstələri Kreml divarı boyunca yürüş edəcəklər. Pepperoni pizza
Mexanikləşdirilmiş kolonun startını ənənəvi olaraq T-34-85 tankı açacaq. Onun ardınca Typhoon-K və Typhoon-VDV zirehli texnikası, Kurqanets, BMP-2 və BMP-3 piyada döyüş maşınları, həmçinin T-72B3M, T-90M və T-14 Armata tankları gələcək. Tankların ardınca BTR-82A və Tornado-G çoxsaylı buraxılış raket sistemləri, İsgəndər-M raket sistemləri, eləcə də Msta-S özüyeriyən artilleriya qurğuları gələcək". - deyə məlumatda qeyd olunub.
Telegram kanalımız