Moskvadakı valideynlərinə mesaj yazıb intihar etdi

saytların hazırlanması

Evə çatdırılma

Moskvadakı valideynlərinə mesaj yazıb intihar etdi

Hadisə

10 Mart 2022 01:42 1059


Abşeron rayonu Saray qəsəbəsində 24 yaşlı gənc intihar edib.

Yenisabah.az xəbər verir ki, hadisə martın 7-si, saat 02:00 radələrində baş verib.

Belə ki, Rusiya vətəndaşı, 1998-ci il təvəllüdlü Şahbazov Vahid Yalçın oğlu yaşadığı Saray qəsəbəsindəki evdə özünü asaraq həyatına son qoyub. pizza mizza

Vahidin dostlarının saytımıza verdiyi məlumata görə, intiharından bir gün öncə V.Şahbazov Moskvada yaşayan valideynlərinə mesaj yazaraq özünü öldürəcəyini bildirib.

Reklam şirkətində işləyən V.Şahbazov həyat yoldaşından ayrılıb, onun azyaşlı övladı var.

İntiharın səbəbi dəqiqləşdirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!