“Moskva gözləyir ki, İrəvanın KTMT-nin digər üzvləri ilə qarşılıqlı fəaliyyətinin xarakteri ilə bağlı zərərli müzakirələr dayandırsın və bununla əlaqədar yaranan məsələlər konstruktiv həll olunsun”.
Yenisabah.az RTVI-ya istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O bildirib: “Gözləyirik ki, “kim hara gedir” mövzusunda zərərli müzakirələr dayandırılsın və İrəvanla KTMT çərçivəsində bütün qarşılıqlı fəaliyyət, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi məsələsi həll olunsun. pizza sifarişi
Biz KTMT-də mövcud əməkdaşlıq formatları çərçivəsində Daimi Şuranın iclaslarından tutmuş, təşkilatın ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasına qədər Ermənistanın bütün narahatlığını açıq şəkildə müzakirə edirik”.
Telegram kanalımız