“Mossad“ rəhbəri: “İranın heç vaxt nüvə silahı olmayacaq“

saytların hazırlanması

Evə çatdırılma

“Mossad“ rəhbəri: “İranın heç vaxt nüvə silahı olmayacaq“

Dünya

03 Dekabr 2021 13:54 707


"İslam Respublikasının heç vaxt nüvə silahı almayacaq".

Yenisabah.az "Timews of Israel"ə istinadla xəbər verir ki, bunu "Mossad" rəhbəri David Barnea bildirib.

Onun sözlərinə görə, dünya gücləri ilə İran arasında "pis" nüvə sazişi İsrail üçün qəbuledilməz olacaq. pizza sifarişi

David Barnea qeyd edib: "Mülki məqsədlər üçün 60 faiz zənginləşdirilmiş urana ehtiyac olmadığı aydındır. Üç zənginləşdirmə mərkəzinə, minlərlə aktiv sentrifuqaya da. Əlbəttə, nüvə silahı yaratmaq niyyəti yoxdursa. İran regional hegemonluğa can atır, Yaxın Şərqdə sabitliyi daim təhdid edir...

Biz hazırıq və İsrail üçün təhlükəni azaltmaq və istənilən vasitə ilə qarşısını almaq üçün nə lazımdırsa edəcəyik. İranın nüvə silahı olmayacaq. Nə yaxın illərdə, nə də heç vaxt. Bu mənim vədimdir, "Mossad"ın vədidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!