İran və İsveç vətəndaşlığı olan şəxs "Mossad"a casusluq ittihamı ilə edam ediləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
“İran və İsveç vətəndaşı Əhməd-Rza Cəlali İsrailin xarici kəşfiyyat agentliyi "Mossad"a casusluq etdiyi üçün İran Ali Məhkəməsinin qərarı ilə mayın 21-dək edam ediləcək”,- məlumatda deyilir. Dördpendirli pizza
Qeyd olunub ki, Cəlali "Mossad"a İranın nüvə proqramı ilə bağlı məxfi məlumat verib və bu, həmin ölkədə iki nüvə aliminin qətlinə səbəb olub. Onlardan biri 27 noyabr 2020-ci ildə İranda öldürülən məşhur nüvə fiziki Möhsün Fəxrizadədir. İran rəsmiləri və ekspertlərinin fikrincə, qətldə İsrail kəşfiyyat xidmətlərinin əli olub.Modern.az
Telegram kanalımız