Mourinyo bu yay qayıdır

Mourinyo bu yay qayıdır

İdman Veb saytların hazırlanması

18 May 2019 11:55 872


 

"Məndə olan müsbət keyfiyyətlərdən biri də digər klublara və onların rəhbərliyinə hörmət etməyimdir".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "goal.com"a açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis məşqçiliyə verdiyi fasiləyə bu yay son qoyacağını qeyd edib: "Heç vaxt mənə təklif göndərən klubun adını çəkməmişəm. Dekabrda "Mançester Yunayted"də ayrılanda bildirdim ki, işə yayda qayıdacam. İndi də deyirəm ki, məni qane edən təkliflə razılaşıb, iyulda məşqçiliyə qayıdacam".

Xatırladaq ki, Mourinyo ötən ilin dekabrından işsizdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!