Mourinyo: Qərarı 1 nəfər verir

saytların hazırlanması

Evə çatdırılma

Mourinyo: Qərarı 1 nəfər verir

İdman

07 Aprel 2025 10:41 312


“Azarkeşlərin İrfan Canın adını səsləməsindən məmnunam, amma bunu hər bir futbolçuya münasibətdə etmədikləri üçün məyusam”. 

Yenisabah.az xəbər verir ki, bunu “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo deyib.

O, “Trabzonspor”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra azarkeşlərin məşqçidən tələbləri barədə sualı cavablandırıb. pizza mizza

“Fənərbaxça”nın ən azı 35 milyon məşqçisi var. Çünki 35 milyonluq azarkeş ordusuna malikik. Amma qərarları yalnız bir məşqçi verir. Bu qərarlar doğru və ya səhv ola bilər. Amma bu qərarları bir nəfər verir.

Azarkeşlər mənim fərqli qərar verməyimə səbəb ola bilməz. İrfan da İsmayıl kimi zədələr alıb. Komandaya tədricən qoşulmağa başladı. Azarkeşlər bu detalları bilmir, amma bir nəfər bilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!