Mourinyonun cəzası bilindi

saytların hazırlanması

Evə çatdırılma

Mourinyonun cəzası bilindi

İdman

06 Aprel 2025 09:48 295


Türkiyə kubokunun 1/4 finalında “Fənərbaxça” və “Qalatasaray” arasında keçirilən oyunda baş verən qayda pozuntuları ilə bağlı cəzalar açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu 3 oyunluq diskvalifikasiya edib. Bundan başqa, qırmızı vərəqə alan "Fənərbaxça"nın məşqçiləri Sandro Zufiçlə Salvadore Foti 4, komandanın futbolçularından Fred 3, Mert Hakan Yandaş isə 1 oyunluq cəzalandırılıb.

"Fənərbaxça"nın məşqçiləri qarşıdan gələn 4 oyunda texniki heyətdə yer almayacaqlar. Digərlərnin cəzası isə 4 oyundan az olduğuna görə yalnız kubok matçlarında tətbiq olunacaq. Sezar pizza

Xatırladaq ki, "Qalatasaray"ın 2:1 hesabı ilə qalib gəldiyi oyun zamanı komandalar arasında bir neçə dəfə qarşıdurma olub. Oyundan sonra isə "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyo rəqib həmkarı Okan Burukun burnundan tutub. Bundan sonra “Qalatasaray”ın baş məşqçisi yerə yıxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!