“Mövcud hakimiyyət yalnız iki göstəricidə böyümə nümayiş etdirir: qəbir sayı və əhalinin axını”.
Yenisabah.az “Armenian News”a itinadla xəbər verir ki, bunu “Ermənistan” seçki blokunun rəhbəri Robert Köçəryan bildirib.
Eks-prezident seçicilərlə görüşündə bəyan edib: “İqtisadiyyat böyüyür, yoxsa işsizlik, yoxsulluq? Mənim üçün iqtisadiyyatın ən yaxşı göstəricisi ömür uzunluğudur. Çox şeydən, həyat keyfiyyətindən, tibbi xidmətlərin keyfiyyətindən və s. bəhs edirik. Son illərdə xeyli geriləmişik. Bu səlahiyyətlilərin yalnız iki böyümə göstəricisi var: qəbirlər və köç sayında. Ölkədə hər şey qaydasında olsaydı, geri qayıtmaq barədə düşünməzdim”. Dördpendirli pizza
Telegram kanalımız