MSK sədri: COP29-a görə seçkilərin tarixi dəyişə bilər

saytların hazırlanması

Evə çatdırılma

MSK sədri: COP29-a görə seçkilərin tarixi dəyişə bilər

Siyasət

10 May 2024 14:01 490


Qanunvericiliyin tələbinə uyğun olaraq, noyabrın 3-ü parlament seçkiləri keçirilməlidir.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, COP29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur: Dominos pizza

“Seçkilərdən əvvəl MSK hər zaman geniş maarifləndirmə tədbirləri həyata keçirir. Bunun artıq vaxtı çatıb. Bu günlərdə hətta biz iclasda maarifləndirmə proqramını tərtib etməyi də müzakirə etdik. Həmin proqram əsasında tədbirlərimizi həyata keçiririk. COP-29-a görə parlament seçkilərinin irəli çəkiləcəyi müzakirə olunur. Dəyişəndə də qanunvericiliyin tələbinə uyğun olaraq, ancaq seçki irəli çəkilə bilər. Qanunvericiliyin tələbinə görə parlament seçkiləri noyabrın ilk bazar günündən arxaya çəkilə bilməz. Biz hətta noyabr ayının əvvəli üçün də təcili maarifləndirmə tədbirlərinə başlamalıyıq ki, onunla bağlı fəaliyyətimizi həyata keçirək. Bu günlərdə əməli addımların şahidi olacaqsınız”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!