MTN-in həbsdə olan generalları İlham Əliyevə müraciət etdilər

saytların hazırlanması

Evə çatdırılma

MTN-in həbsdə olan generalları İlham Əliyevə müraciət etdilər

Kriminal

27 Mart 2019 01:59 4571


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalları Prezident İlham Əliyevə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.org-a məlumat verən mənbənin sözlərinə görə, prezidentə ünvanlanan müraciəti MTN-nin  Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Monitorinq mərkəzinin sabiq rəisi  Teymur Quliyev, Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digər məhkum olunmuş zabitlər imzalayıb.

MTN-nin sabiq vəzifəliləri sonuncu əfv sərəncamında  müxalif fəalların azadlığa buraxıldığını xatırladaraq, uzun illərə hakimiyyətə xidmətlərinin nəzərə alınmasını və bağışlanmalarını İlham Əliyevdən xahiş ediblər. Dominos pizza

Onlar öz müraciətlərində MTN-də çalışdıqları müddət ərzində xidmətlərini, həmçinin keçirdikləri əməliyyat tədbirlərini, aldıqları mükafatların nəzərə alınaraq, əfv edilmələrini xahiş ediblər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!