Müalicəsi olmayan 3 ən təhlükəli xəstəlik

saytların hazırlanması

Evə çatdırılma

Müalicəsi olmayan 3 ən təhlükəli xəstəlik

Sağlamlıq

14 Noyabr 2024 17:39 2646


Müalicəsi olmayan ən təhlükəli xəstəliklər arasında xərçəngin bəzi növləri, Alzheimer xəstəliyi və Kreysfeld-Yakob xəstəliyi kimi nadir sinir sistemi xəstəlikləri yer alır.

Yenisabah.az həmin xəstəlikləri təqdim edir:

Pankreas xərçəngi: Bu xərçəng növü erkən mərhələlərdə aşkar edilmir və müalicəsi çox çətindir. Müalicə olmadıqda tez yayılır və xəstənin ömrünü qısa müddətdə məhdudlaşdırır. Dominos pizza

Alzheimer xəstəliyi: Alzheimer sinir sistemini zədələyən və yaddaşın tamamilə itirilməsi ilə nəticələnən neyrodejenerativ xəstəlikdir. Hal-hazırda bu xəstəliyin tam müalicəsi yoxdur.

Kreysfeld-Yakob xəstəliyi (CJD): Nadir rast gəlinən xəstəlikdir. Bu xəstəlik zamanı anormal zülali maddə beyində toplanır və məhz sinir hüceyrələrinin sürətli məhvinə səbəb olur.

Bu xəstəliklər elmi araşdırmaların mövzusudur və onların müalicəsi üçün tədqiqatlar davam edir, lakin hələ də tam effektiv müalicə metodları tapılmayıb.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!