Müalicəvi Diaqnostika Mərkəzində intihar - Xəstə özünü pəncərədən atdı

saytların hazırlanması

Evə çatdırılma

Müalicəvi Diaqnostika Mərkəzində intihar - Xəstə özünü pəncərədən atdı

Hadisə

07 Noyabr 2019 20:07 1220


Bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb. 

"Yeni Sabah" xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb. O, aldığı xəsarətlərdən ölüb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən APA-ya bildirilib ki, xəstə İ.Gülməmmədov ilk dəfə bu il martın 1-də müayinə olunmaq üçün xəstəxanaya müraciət edib: pizza hut

“Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Gülməmmədov əməliyyatdan sonra evə buraxılıb. Oktyabrın 9-da o, yenidən müayinə olunması üçün xəstəxanaya müraciət edib. Həmin tarixdən bugünədək Diaqnostika Mərkəzində müalicə olunub. Bu gün isə xəstəxananın 5-ci mərtəbəsində müalicə olunduğu palatanın pəncərəsindən özünü yerə atıb”. 

Bildirilib ki, xəstənin özünü atmasının səbəbləri hələlik məlum deyil.

İ.Gülməmmədovun meyiti Məhkə Tibbi Ekspertiza və Patoloji Anatomiyta Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!