“Müaviyə“ serialı yayımdan çıxarıldı -  Səudiyyənin Ramazan qərarı

“Müaviyə“ serialı yayımdan çıxarıldı - Səudiyyənin Ramazan qərarı

Dünya Veb saytların hazırlanması

24 Mart 2023 16:36 1488


Səudiyyə Ərəbistanı qalmaqallı “Müaviyə” teleserialının yayımını dayandırıb.

Yenisabah.az "Khaleej Online"a istinadla xəbər verir ki, serial Ramazan ayından yayımdan çıxarılıb.

Sözügedən film son həftələrdə bəzi ərəb ölkələrində çoxsaylı tənqid və etirazla qarşılanıb.

İraq yayımın qadağan olunduğunu elan etdikdən sonra "MBC" teleşirkəti son qərarını açıqlayıb.

Yayımın dayandırmasının səbəbini İran və Səudiyyə Ərəbistanının yenidən siyasi-diplomartik münasibətləri bərpa etməsi və regionda gərginliyi azaltmaq səyləri ilə əlaqələndirənlər var.

Xatırladaq ki, serial İslam tarixinin ən qaranlıq simalarından biri olan Müaviyə bin Süfyana həsr olunmuşdu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!