Mübariz Mənsimovdan şəhid övladları üçün növbəti örnək addım

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimovdan şəhid övladları üçün növbəti örnək addım

Sosial

06 Aprel 2019 18:54 1307


Türkiyədə təhsil alan və “Palmali” Şirkətlər Qrupunun təqaüd proqramına cəlb edilən azərbaycanlı tələbələrin sırası genişlənəcək.

Bu barədə məlumat “Palmali” Şirkətlər Qrupu tərəfindən verilib.

Mübariz Mənsimovun sahibi olduğu “Palmali” Şirkətlər Qrupu çoxsaylı müraciətləri nəzərə alaraq, Türkiyədə təhsil alan daha 100 azərbaycanlı tələbəyə təqaüd vermək qərarına gəlib. Pepperoni pizza

Məlumata görə, “Palmali”nin növbəti təqaüd proqramına cəlb olunacaq tələbə seçimində yenə əsasən 3 kateqoriyaya aid tələbələrə üstünlük veriləcək:

– Şəhid ailələri

– Qazi ailələri

– Məcburi köçkün ailələri

Qeyd olunur ki, “Palmali”nin yeni təqaüd proqramı üzrə sənədlərin qəbulu 2019-cu il 1-31 may aralığında həyata keçiriləcək.

Proqrama qatılmaq istəyən tələbələrin zəruri sənədləri tam siyahı və bir faylda təqdim etmələri xahiş olunur.

Bildirilir ki, sənədlərin araşdırılmasından sonra seçiləcək 100 tələbəyə təqaüdlərin verilməsinə növbəti tədris ilindən başlanılacaq.

Proqrama qatılmaq istəyən tələbələr ətraflı məlumatı www.palmaliegitim.com saytından əldə edə bilərlər.

Xatırladaq ki, “Palmali” Şirkətlər Qrupu indiyə qədər 20 mindən artıq tələbəyə təqaüd verərək, onların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yardım göstərib.

Yenicag


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!