Müctəba Xameneinin görüntüləndiyi ilk VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müctəba Xameneinin görüntüləndiyi ilk VİDEO

Dünya

06 Aprel 2026 09:47 1644


“İran jurnalistinin gündəliyi” adlı Telegram kanalında İranın yeni Ali Lideri Müctəba Xameneinin ilk dəfə görüntüləndiyi video yayımlanıb.

“Yeni Sabah” bildirir ki, kanal yayımlanan videonu belə şərh edib: "Ali baş komandan Ayətullah Seyid Müctəba Xameneinin hərbi otaqda (müharibənin idarəetmə otağında) ilk dəfə görüntülənməsi”.

Kadrlarda Ayətullah Xameneinin hərbçilərin olduğu otağa daxil olduğu görünür. Ekranda “Dimona nüvə reaktoru” yazısı olan interaktiv xəritə əks olunub. Dominos pizza

Dimona yaxınlığında İsrailin nüvə silahı proqramı ilə əlaqələndirilən nüvə reaktoru və nüvə tədqiqat mərkəzi yerləşir.

Bundan əvvəl İran artıq Dimonaya zərbələr endirib və müəyyən dağıntılar törədib.

Daha əvvəl ABŞ rəsmiləri, o cümlədən ölkənin yüksək rəhbərliyi, İranın Ali Liderinin sağlamlıq vəziyyəti və hətta həyatda olub-olmaması ilə bağlı dəfələrlə şübhələr ifadə ediblər. /Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!