Müdafiə Nazirliyi görüntülər paylaşdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi görüntülər paylaşdı - Video

Siyasət

13 İyun 2023 18:14 1381


Türkiyə Müdafiə Nazirliyi Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən “Anatolian Phoenix - 2023” (“Anadolu Ankası - 2023”) beynəlxalq axtarış-xilasetmə təlimindən videogörüntülər paylaşıb.

Yenisabah.az xəbər verir ki, görüntülər nazirliyin “Twitter” hesabında yayımlanıb.

Qeyd edək ki, təlimdə Azərbaycan, İspaniya, Qətər, Şimali Kipr Türk Respublikası, Polşa və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. pizza hut

Təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!