Müdafiə Nazirliyi məlumat yaydı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Foto

Siyasət

29 Yanvar 2023 14:26 946


Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dominos pizza

Təlim-metodiki toplantıda sürücülər tərəfindən yol hərəkəti qaydalarına əməl edilməsinə, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələblərinə, həmçinin qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, onlardan təyinatı üzrə istifadə edilməsi, yol sənədlərinin düzgün tərtib edilməsi mövzusunda maarifləndirici söhbətlər aparılıb.

Hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tələb və göstərişləri çatdırılıb, xidmətin düzgün və keyfiyyətli təşkili ilə bağlı tövsiyələr verilib.

Tədbirdə, həmçinin müvafiq dövlət qurumları ilə birgə fəaliyyətin təşkili barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!