Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Fotolar

Rəsmi

30 İyun 2024 14:38 4138


Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Gəncə İdeoloji Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Kitabın gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə təsiri” mövzusunda tədbir keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Tədbirdə hərbi institutun rəhbər, zabit, müəllim, kursant heyəti, AMEA MEK-nın nümayəndələri, Zəngəzur Cəmiyyətlər Birliyinin sədri və başqa qonaqlar iştirak ediblər. Pepperoni pizza

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər mövzu ətrafında geniş danışaraq gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində, o cümlədən onların maarifləndirilməsində kitabın böyük rola malik olmasından bəhs ediblər. Gənc nəsildə kitaba marağın artırılmasının vacibliyini vurğulayıblar.

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra edən Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. Belə tədbirlərin daimi olaraq keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Sonda AMEA MEK-nın nümayəndələri tərəfindən institutun kitabxanasına 30 ədəd kitab hədiyyə edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!