Müdafiə Nazirliyi məlumat yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Video

Maraqlı

23 Oktyabr 2023 18:52 826


Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun Quru Qoşunları, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Mühəndis Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, eləcə də Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının və Türkiyə Silahlı Qüvvələrinin müvafiq qoşun növü mənsublarının iştirakı ilə keçirilən birgə təlimin növbəti mərhələsi icra edilib. Dominos pizza

Plana uyğun olaraq, şərti düşmən hədəflərinin dəqiq atəş zərbələri ilə məhv edilməsi, eləcə də əməliyyat rayonunun dərinliyindəki diversiya qrupunun zərərsizləşdirilməsi və girovların azad edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Hər iki qardaş ölkənin təlimə cəlb edilən hərbi qulluqçuları qarşıya qoyulan bütün tapşırıqların icrasında xüsusi peşəkarlıq nümayiş etdirirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!