Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “Facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşımla bağlı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən açıqlama verilib.
Yenisabah.az xəbər verir ki, məlumatda deyilir:
“Məlumat həqiqəti əks etdirmir. Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur”. Dördpendirli pizza
Telegram kanalımız