Müdafiə Nazirliyi Xocalı ilə bağlı məlumat yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi Xocalı ilə bağlı məlumat yaydı - Video

Hadisə

26 Sentyabr 2023 19:57 10387


Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı tikililərin aşkar olunması üzrə tədbirlər davam edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xocalı rayonu ərazisindəki mülki infrastruktur obyektlərinə baxış zamanı növbəti silah-sursat anbarı müəyyən edilib. Sezar pizza

Anbardan aşkar edilmiş külli miqdarda patron, əl qumbaraları, minaatan, müxtəlif çaplı ağır artilleriya və tank mərmiləri, həmçinin tankəleyhinə raket komplekslərinin idarəolunan raketləri və digər döyüş sursatları müsadirə edilib.

Ərazidə, həmçinin qoşqulara yüklənmiş halda xeyli sayda sursatla dolu yeşiklər də aşkar edilərək götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!