Müdafiə sənayesi naziri Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə sənayesi naziri Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri ilə görüşdü

Rəsmi

26 Sentyabr 2024 18:15 1851


Müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı hərbi-texniki sahədə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb: pizza sifarişi

"Qonaqlar "ADEX-2024" və "Securex Caspian" sərgilərinin müdafiə sənayesi sahəsinin inkişafındakı rolundan bəhs ediblər. Onlar mötəbər tədbirlərin Azərbaycanda peşəkarlıqla təşkil olunduğunu qeyd edərək, buradakı işgüzar mühitin əhəmiyyətindən danışıblar. Sonda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu ilə Belarus Respublikasının Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika” arasında Anlaşma Memorandumu imzalanıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!