Müdafiə təyinatlı məmulatların idxalı rüsumlardan azad edilir

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə təyinatlı məmulatların idxalı rüsumlardan azad edilir

Rəsmi

28 İyun 2024 12:02 4123


Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunur.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Bundan başqa, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklə isə müdafiə təyinatlı məmulatların (döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatların, partlayıcı maddə və qurğuların, onların dəstləşdirici hissələrinin) layihələndirilməsi, istehsalı, satışı, təmiri və onlara texniki xidmət göstərilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnologiyaların, avadanlıqların, dəstləşdirici hissələrin, materialların və xammalın idxalı, habelə həmin şəxslər tərəfindən istehsal edilmiş müdafiə təyinatlı məmulatların satışı, təmiri və onlara texniki xidmət göstərilməsi vergidən azad ediləcək. pizza

Müzakirələrdən sonra dəyişiklik layihələri səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!