Müəllimi güllələyən şagirdlə bağlı   yeni iddia - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müəllimi güllələyən şagirdlə bağlı yeni iddia - VİDEO

Hadisə

07 Fevral 2026 00:14 1024


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib.

"Yeni Sabah" Xəzər TV-yə istinadən bildirir ki, iddiaya görə o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Şəhla Kamilovaya xəsarət yetirib.

Hadisədən sora tədris ocağında dərslər dayandırılıb, şagirdlər evə buraxılıb. Şahidlərin verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib. Dördpendirli pizza

Kamera qarşısında müsahibə verməkdən immtina edən digər şagirdlərin valideynləri isə müəllimi güllələyən şagirdlə bağlı ilginc iddia ilə çıxış ediblər.

Onlar deyiblər ki, həmin şagirdin davranış problemləri olub. Həmçinin, mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.

Daha ətraflı videomaterialı təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!