Müəllimi güllələyən şagird tutulub -   Hadisə yerinə baxış keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Müəllimi güllələyən şagird tutulub - Hadisə yerinə baxış keçirilir

Hadisə

06 Fevral 2026 11:07 1418


Fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bu barədə “Yeni Sabah” Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub. pizza hut

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!