Yaxın aylarda Diaqnostik Qiymətləndirmənin (DQ) keçirilməsi gözlənilmir.
“Yeni Sabah” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib. Onun sözlərinə görə, DQ yaxın aylarda keçirilməyəcək və buna görə müəllimlər yerdəyişmə üzrə müsabiqəyə əvvəlki illərdə göstərdikləri nəticələrlə müraciət edəcəklər.
“Bundan başqa aprel ayında müddətsiz müqavilə üzrə müsabiqə, iyunda yerdəyişmə müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. MİQ imtahanlarının isə iyulda keçiriləcəyi gözlənilir”. Dördpendirli pizza
Qeyd edək ki, müddətli müqavilə üzrə qəbul isə demək olar ki, ilboyu davam edir.
Əsmər Qabil
Telegram kanalımız