“Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı başlayıb 

saytların hazırlanması

Evə çatdırılma

“Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı başlayıb 

Mədəniyyət

19 İyun 2023 10:43 6546


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı başlayıb. 

İyunun 19-da festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında saat 10:00-16:00-da Beynəlxalq muğam müsabiqəsi keçiriləcək. 

Beynəlxalq Muğam Mərkəzində saat 20:00-da Əfqanıstan nümayəndəsi Daud Khan Sadozai rübab və hind sarodunda, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Babək Niftəliyev, Sevinc Sarıyeva, xanəndələr Hüseyn Məlikov, Aytən Məhərrəmova və Mirələm Mirələmov isə Daş Salnaməsi Muzeyində çıxış edəcəklər.  pizza mizza

Azərbaycan Milli Konservatoriyasında saat 22:00-da İran təmsilçisi Mahan Mirarab gitarada, həmyerlimiz Elçin Şirinov isə pianoda ifa edəcək. 

Qeyd edək ki, festival çərçivəsində Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!