Muğam müsabiqəsi elan olundu

saytların hazırlanması

Evə çatdırılma

Muğam müsabiqəsi elan olundu

Mədəniyyət

14 May 2025 16:57 1067


Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Muğam Festivalı çərçivəsində muğam ifaçıları müsabiqəsi elan edilir.

Yenisabah.az xəbər verir ki, müsabiqə iyunun 18-20-də Azərbaycan Milli Konservatoriyasında keçiriləcək.

Ənənəvi musiqi ifaçılığına həsr olunan müsabiqə yaşı 35-i ötməyən (18 iyun 1990-cı il və daha gec təvəllüdlü) vokal və instrumental ifaçıların iştirakına açıqdır. Müşayiətçilərə (5 nəfərdən çox olmamaq şərtilə) yaş məhdudiyyəti qoyulmur. pizza sifarişi

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ 15 dəqiqəlik proqramı, ikinci mərhələ isə 25 dəqiqəlik proqramı əhatə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!