“Müğənniyə efir qadağası qoyula bilməz“ – Hüquqşünasdan MTRŞ-ya ittiham

saytların hazırlanması

Evə çatdırılma

“Müğənniyə efir qadağası qoyula bilməz“ – Hüquqşünasdan MTRŞ-ya ittiham

Sosial

08 Aprel 2019 19:21 954


“Müğənni Rüfət Axundovun efirə buraxılmaması ilə bağlı artıq bu gün televiziya və radio kanallarının rəhbərlərinə şifahi olaraq məlumat verilib. Məsələni bu cür qoymuşuq ki, qeyri-etik ifadə işlədən adam necə olur ki, başqa kanallara dəvət olunsun?! Müğənni öz səviyyəsini, mədəniyyətini bununla göstərdi. Televiziyalara camaat  baxır”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev yerli mətbuata açıqlaması zamanı deyib.  Maraqlıdır, MTRŞ hansısa müğənninin efirə buraxılmaması ilə bağlı qərar verə bilərmi? 

Bununla bağlı media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli “Yeni Sabah”a danışarkən bildirib ki, MTRŞ rəsmisi Asəf Hacıyev həqiqətən də qeyd edildiyi kimi açıqlama veribsə, deməli onun MTRŞ-nın səlahiyyətindən xəbəri yoxdur: Marqarita pizza

“Asəf Hacıyev bilsəydi ki, MTRŞ efirə çıxacaq şəxsləri yox, televiziyanın qanuna əməl edib etməməsinə nəzarət edir belə bir ifadə işlətməzdi.  Kimin efirə çıxacağına qərar verən tərəf televiziya kanalıdır və onun işinə heç bir dövlət qurumu müdaxilə edə bilməz. TV-də qeyri-etik idafələrin işlədilməsinə gəlincə, bunun da qanunvercilikdə cəzası var. Bu cəza da MTRŞ tərəfindən televiziyaya verilməlidir, gələn qonağa yox. Bu qurumun  işi televiziyaya nəzərət etməkdir”.

Əcəmi Əsədulla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!